Dünən iki piyada ölüb

dunen-iki-piyada-olub
Oxunma sayı: 766

Dünən iki piyada vurularaq öldürülüb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, yanvarın 23-də saat 7 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Hacıqabul rayon sakini M.Mahmudov idarə etdiyi “Shacman” markalı avtomobillə yolu keçən qəsəbə sakini Zərqələm Rəhmanovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

İkinci hadisə isə Siyəzən rayonu, Yenikənd kəndi ərazisində baş verib. Yanvarın 23-də saat 17 radələrində kənd sakini N.Əliyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən həmkəndlisi Umusələmə Səlimovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Siyəzən RPŞ tərəfindən araşdırma aparılır.