Dünən internetdə heç bir problem olmayıb - Nazirlik

Dünən internetdə heç bir problem olmayıb
Oxunma sayı: 604

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanda internetin yayımında problem yaranıb.

“Qafqazinfo” xəbər verir ki, təqribən saat 15:00 radələrində ölkənin internet təminatında və milli resursların fəaliyyətində fasilə yaranıb.

“Qafqazinfo” problemlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sorğu göndərib. Nazirliyin Mətbuat Xidmətindən  sorğuya cavab olaraq bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ölkədəki telekomnukasiya infrastrukturuna texniki nəzarəti həyata keçirmək üçün Şəbəkə Əməliyyat Mərkəzi fəaliyyət göstərir: “Həm “Aztelecom”un, həm də “Baktelekom”un əməliyyat mərkəzlərində ölkə üzrə sabit internet şəbəkəsində heç bir problem qeydə alınmayıb. Ölkə ərazisində genişzolaqlı sabit internet şəbəkəsində hər hansı bir problem müşahidə olunmayıb”.

 Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi