Dünən işıqlar niyə sönmüşdü? - Açıqlama

dunen-isiqlar-niye-sonmusdu
Oxunma sayı: 4237

“Ötən gün axşam Sabunçu, Suraxanı və Xəzər rayonlarının elektrik enerjisi ilə təminatında heç bir problem olmayıb”.

Bunu “Qafqazinfo”ya açıqlamasında “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. O qeyd edib ki, dünən Bakının Nizami rayonu Qara Qarayev prospektində və Xətai rayonu Babək prospektinin bir hissəsində enerji verilişində 20 dəqiqəlik fasilə yaranıb: ““Azərişıq” əməkdaşlarının operativliyi nəticəsində şəbəkələrimiz vasitəsilə qısa müddətdə yaranmış fasilə aradan qaldırılıb. Qeyd edim ki, yaranmış fasilə “Azərişıq”a aid olmayan problem səbəbindən baş vermişdir”.

Günel Türksoy