Dünən Murad Arifin səsini eşitmədik...

dunen-murad-arifin-sesini-esitmedik
Oxunma sayı: 1723

Ötən gün “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalında səslə bağlı texniki problem yaşanıb. “Qafqazinfo” xəbər verir ki, Təl-Əvivdə olan 41 ölkənin müsabiqə üzrə şərhçisinin səsi efirdə eşidilməyib. 

Yarışmanın Azərbaycan üzrə nümayəndəsi Murad Arif sosial şəbəkədə məsələyə aydınlıq gətirib: “Təl-Əvivdəki şərhlərdə bir çox ölkələr eyni səs problemi ilə üzləşib. Texniki məqamın bilavasitə “Expo” mərkəzdən qaynaqlandığını diqqətinizə çatırmaq istərdik”.