Dünən olan kriminal xəbərlər

dunen-olan-kriminal-xeberler
Oxunma sayı: 647

Martın 26-da Azadlıq prospektində yerləşən ticarət mərkəzində Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Sürayyə Balayeva Bakı şəhər sakini Könül Qəmədovaya məxsus, içərisində 107 manat və sənəd olan pul kisəsini oğurladığı üçün Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən yaxalanıb.

Martın 26-sı saat 06:30 radələrində Böyük-şor şossesində Sadiq Abdullayev idarə etdiyi “Nissan” markalı avtomobili yolun kəranda dayanmış, Atiq Ələkbərovun idarə etdiyi “Kamaz” markalı yük maşınına vurub. Nəticədə S. Abdullayev ölüb, sərnişini Arif Əbilov isə xəstəxanaya daxil olub.

Martın 26-sı saat 22:35 radələrində Şərifzadə küçəsində Nicat Aslanovun idarə etdiyi “Vaz-2107” markalı avtomobillə Əzizağa Ağayevin idarə etdiyi «Daewoo» markalı avtobus toqquşub, nəticədə N. Aslanov hadisə yerində ölüb.

Nizami RPİ NMB, CAŞ və 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Cavanşir Bayramovdan 7 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Yasamal RPİ NMB və CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərman Məmmədovdan 4 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.