Dünən paytaxtda 2 piyadanı maşın vurub

dunen-paytaxtda-2-piyadani-masin-vurub
Oxunma sayı: 955

Fevralın 27-də paytaxtda ölümlə nəticələnən iki yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, ötən gün Yasamal rayonu ərazisində Bakı şəhər sakini Faiq Əhmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Rəmziyyə Əliyevanı vurub və nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Ötən gün saat 11 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Nurlan Ağayev idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən paytaxt sakini Sədirəddin Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.