“Dünənin dünyası” təqdim olundu - Fotolar

dunenin-dunyasi-teqdim-olundu-fotolar
Oxunma sayı: 654

“Qafqazinfo”nun məlumatına görə, Rasim Qaracanın hazırladığı kitabın təqdimatı Vətəndaş Həmrəyliyi Partiyasının akt zalında baş tutub. Təqdimatda yazarlar, siyasətçilər, ictimai xadimlər AXCP Gənclər Komitəsinin üzvləri, ictimai təşkilatların fəalları və tələbələr iştirak edib.

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı cəmiyyətdə maariflənmənin və bu işdə kitabın əhəmiyyətindən danışıb və bildirib ki, hazırda kitabxanalarda vəziyyət qənətbəxş deyil: “Keyfiyyətli təhsil ala bilmirik. Kitabxanalar şəhərin mərkəzindən ucqarlara köçürülür. O biri tərəfdən kitabxanaların fondunda yeni və faydalı ədəbiyyatları tapmaqda çətinlik çəkirik. Belə şəraitdə maarifləndirmə, şəxsi mütaliə olduqca vacibdir. Azərbaycanda bu sahədə kiçik də olsa müəyyən irəliləyişlər var. Bu irəliləyişlərdə Azad Yazarlar Ocağının önəmli rolu var. Qərara gəldik ki, maarifləndirmə işinə dəstək vermək üçün Rasim Qaracanın ərsəyə gətirdiyi “Dünənin Dünyası” kitabının təqdimatını keçirək”.


Rasim Qaraca isə bildirib ki, kitab Almaniyanin Höte universitetinin dəstəyi ilə tərcümə olunub: “Kitabı tərcəmə edən Zaur Səttarlıdır. Stefan Sveyq kifayət qədər zəngin dili olan bir müəllifdir. “Dünənin Dünyası” kitabı Sveyqin son qələmə aldığı ən ciddi əsəridir. Sveyqin mükəmməlliyi, geniş dünya görüşü kitabda əks olunub. Müəllif bir nəfərin timsalinda canlı tarixi əks etdirib. Hitlerin nə üçün yəhudilərə zulm etməsinin səbəbləri göstərilib. Yəhudilərdən yazanda hec bir tərəf tutmayıb. O, özü də yəhudi olsa da, proseslərə olduqca obyektiv yanaşıb. Bu obyektivlik onun Sultan 2-ci Mehmetin İstanbulu fəth olunması ilə bağlı əsərində də xüsusi diqqət cəlb edir. Sveyq həm də çox böyük kolleksioner idi. Əlyazmaları toplayırdı. Özündən əvvəl olmuş keçmiş dahilərin arxivini araşdırırdı”.

Daha sonra tədbirdə müzakirəlkər keçirilib və Steven Seyq və onun yaradıcılığı haqqında fikirlər səslənib.


Fatimə Kərimli