Dünənki yanğında aparıcıya da ziyan dəyib

dunenki-yanginda-apariciya-da-ziyan-deyib
Oxunma sayı: 662

Dünən Yeni Yasamalda yerləşən binada baş vermiş yanğında tanınmış teleaparıcı Vüsalə Kərimovanın da evinə güclü ziyan dəyib.

"Qafqazinfo" xəbər verir ki, o, bu haqda Milli.Az-a danışıb:

"Mənim evim 10-cu, qonşunun evi isə 11-ci mərtəbədədir. 11 mərtəbəli binanın 11 -ci mərtəbəsi yanıb. Yanğından evimə də ciddi ziyan dəyib. Bayaq təhqiqatdan gəlib qiymətləndirmə etdilər. Hardasa qiymətləndirmə 7 min manat yazdı. Üç otaq, bir mətbəx, dəhliz, hamam, ayaqyolu baxımsız haldadır. Bir sözlə evim su içindədir".