Dünənki zəlzələ Xankəndi və Şuşada da hiss olunub

dunenki-zelzele-xankendi-ve-susada-da-hiss-olunub
Oxunma sayı: 1257

Xəbər verdiyimiz kimi, fevralın 5-də saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub. 

“Qafqazinfo”nun məlumatına görə, zəlzələ Azərbaycanın düşmən tərəfindən işğal edilmiş ərazilərində - Xankəndi və Şuşada da 3 bal gücündə hiss edilib. Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin Milli Seysmik Xidməti məlumat açıqlayıb.