Dünya Azərbaycanlı Qadınların I Qurultayı keçirilib

dunya-azerbaycanli-qadinlarin-i-qurultayi-kecirilib
Oxunma sayı: 930

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, qurultayın fəxri qonağı və əsas məruzəçisi millət vəkili, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva olub.

Azərbaycanın Dövlət Himninin səslənməsi ilə açıq elan edilən Qurultay ilk olaraq 4 divan üzvünü seçib. Qənirə Paşayeva divan sədri, Əfsanə Sevigin müavin, Səadət Kərimi və Ayda Əmir Haşimi isə katib seçiliblər.

Qurultayı ilk məruzə ilə Qənirə Paşayeva açdıqdan sonra AFİ sədri Səttar Sevigin, İsveç Türk Gənclik Federasiyasının keçmiş sədri Pınar Mərmər, İsveç Türk Federasiyasının sədri Əhməd Önal, Türkiyədən Gülara Yenisey, İsveçdən Azər Heydərqızı, Eluca Atalı, Əfsanə Sulduzlu, Səadət Kərimi, İlahə Cəfərli və Finlandiyadan Arzu Muradlı məruzə ilə çıxış edərək, Azərbaycan qadının tarix boyu rolu, bu gün qarşıda duran problemləri və onların həlli yolları, Azərbaycan dövlətinin qadınlara göstərdiyi diqqət, anaların vəzifələri və s. mövzularda çıxış ediblər. Daha sonra qurultayın sənədləri qəbul olunub.

Qurultay Ermənistanın Azərbaycana təcavüzünü kəskin qınayan bəyanat qəbul edib.

Qurultayın yekunu olaraq Azərbaycan Qadınları Federasiyasının yaradılması istiqamətində işlərə start verilməsinə dair qəbul olunub.