Dünya azərbaycanlıları 20 Yanvar faciəsi üçün bir arada

dunya-azerbaycanlilari-20-yanvar-faciesi-ucun-bir-arada
Oxunma sayı: 639

Rusiya Feredasiyasının Moskva, Sank-Peterburq, Yekaterinburq və digər şəhərlərində Rusiya Azərbaycanlı Gənclər Təşkilatının regional bölməsi (AMOR), Ümumrusiya Azərbaycan Konqresi və digər diaspor təşkilatlarının iştirakı ilə konfrans, dəyirmi masa, seminar və elmi konfrans təşkil olunacaq.

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM), Azərbaycan Evi, Xəzər Hannover Cəmiyyəti , “Alm.az” Cəmiyyəti tərəfindən müxtəlif tədbirlərin keçiriləcəyi gözlənilir. 12 yanvar 2013-cü il tarixində Maqdeburq şəhərində “Demokratiyanın yolları” adlı anım mərasimi həyata keçiriləcək. 16-18 yanvar 2013-cü il tarixində İsveç siyasi elitasını məlumatlandırmaq məqsədi ilə İsveç parlamenti və İsveç Krallığı Xarici İşlər Nazirliyində dövlət rəsmiləri və parlament nümayəndələri ilə görüş nəzərdə tutulmuşdur. Həmçinin, ümumxalq hüzn günü Polşa, Macarıstan, Litva və Latviya respublikalarında da müxtəlif tədbirlər planlaşdırılıb.

20 Yanvar faciəsi Gürcüstan, Qazağıstan, Qırğızıstanda yaşayan azərbaycanlılar tərəfindən də anılacaq. Ümumxalq hüzn günü Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının, Yeni Azərbaycan Yardımlaşma və Kültür Dərnəyinin və digər diaspor təşkilatlarının dəstəyi ilə Ankara, İstanbul, İzmir, Kocaeli, Adana, Antalya, Edirne və digər şəhərlərdə müxtəlif tədbirlərlə yad olunacaq. Balıkesir şəhərində “Qanlı Yanvar” adlı fotosərgi keçiriləcək.
20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümü ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Dostluq Cəmiyyətinin, Amerika-Azərbaycan Ticarət Palatasının, Azərbaycan Nyu-York Asossiyasiyasının və digər diaspor təşkilatlarının dəstəyi ilə qeyd olunacaq. Bununla yanaşı 20 Yanvar faciəsi Kanadanın altı şəhərində də anım mərasimləri, konfranslar, fotosərgilərlə yad ediləcək.

Avstraliyada fəaliyyət göstərən Avstraliya Azərbaycan-Türk Dostluq Cəmiyyəti 20 Yanvar hadisələrinin iyirmi üçüncü ildönümü münasibəti ilə konfrans, fotosərgi, dəyirmi masanın keçiriləcəyi gözlənilir.

20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümünə həsr olunmuş tədbirlərin dünyanın digər ölkələrində də keçirilməyi nəzərdə tutulur.