Dünya Bankı Azərbaycanda layihə maliyyələşdirəcək

dunya-banki-azerbaycanda-layihe-maliyyelesdirecek-
Oxunma sayı: 684

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, “Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsi” Dünya Bankının krediti və İsveçrə İqtisadi Əməkdaşlıq Katibliyinin (SECO) qrantı hesabına maliyyələşdirilib.

Layihənin əsas məqsədi kapital bazarlarının infrastrukturunun təkmilləşdirilməsi, kapital bazarı alətlərinin istifadəsinin genişləndirilməsi və bütövlükdə müasir, beynəlxalq standartlara uyğun və optimal tənzimlənən qiymətli kağızlar bazarının formalaşdırılması məqsədini daşıyan “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının dəstəklənməsidir.

Nigar Məmmədli