Dünya Bankının təhsil ekspertləri Azərbaycana gələcək

dunya-bankinin-tehsil-ekspertleri-azerbaycana-gelecek
Oxunma sayı: 638

Təhsil Nazirliyində "Azərbaycanın təhsil sektorunun inkişafı layihəsi"nin əlaqələndirmə qrupunun rəhbəri Elvin Rüstəmov çərşənbə günü Trend-ə deyib ki, səfərin məqsədi Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan "Azərbaycan ali təhsil sistemində islahatlar layihəsi" ilə bağlı müzakirələr aparmaqdır.

Beş illik layihənin üç əsas komponenti var. Həmin komponentlər ali təhsilin keyfiyyətinin təminatı, ali təhsil sistemində maliyyələşdirmə, ali təhsildə tənzimlənmə və idarəetmədir.

Layihənin ali təhsil sistemində maliyyələşdirmə komponentinə uyğun olaraq, universitetlərə qrantların verilməsi nəzərdə tutulur.