Dünya çempionatına 17 idmançımız yollanacaq - Video

dunya-cempionatina-17-idmancimiz-yollanacaq
Oxunma sayı: 811

Avqust ayının 28-dən sentyabrın 3-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə dünya çempionatı keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan milli komandası da bu mötəbər yarışda geniş heyətlə təmsil olunacaq.

Budapeştdə ölkəmizi kişi cüdoçularımızdan Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə, (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq), qadınlarda isə Leyla Əliyeva, Erdenabat Bazarraqça (hər iksi 48 kq), Nəzakət Əzizova, Purevsuren Buyankişinq (hər ikisi 52 kq), Səkinə Zayırova, Munktsedev İçinkolo (hər ikisi 57 kq), Gülsədəf Kərimova (63 kq) və İrina Kindzerska (+78 kq) təmsil edəcəklər.

Macarıstandakı dünya çempionatınsa 134 ölkədən 794 cüdoçu (482 kişi, 312 qadın) mübarizə aparacaq.

Azərbaycan cüdoçularına bu mötəbər yarışda uğurlar arzulayırıq!