Dünya çempionatına qatılacaq idmançılar bəlli oldu

dunya-cempionatina-qatilacaq-idmancilar-belli-oldu
Oxunma sayı: 711

Azərbaycan Güləş Federasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, çempionatda ilk 6 yeri tutan idmançılar 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya oyunlarına lisenziya qazanacaqlar. Bu gün Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyevin iştirakı ilə çempionata yollanacaq yunan-Roma güləşi üzrə yığma komandanın heyəti açıqlanıb.
Çempionatın proqramına əsasən ilk olaraq mübarizəyə qoşulacaq yunan-Roma güləşçilərinin yarışında ölkəmizi baş məşqçi, olimpiya çempionu Fərid Mansurov və böyük məşqçi Akif Əliyevin rəhbərliyi altında Rövşən Bayramov (55 kq), Həsən Əliyev (60 kq), Vitali Rəhimov (66 kq), Rafiq Hüseynov (74 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq) və Maksim Proxorov (120 kq) təmsil edəcək.