Dünya çempionatına vəsiqə qazandılar, ölkədə qeyri-iş günü elan edildi

dunya-cempionatina-vesiqe-qazandilar-olkede-qeyri-is-gunu-elan-edildi
Oxunma sayı: 2934

Pley-off mərhələsində Yeni Zelandiyanı məğlub edərək dünya çempionatına vəsiqə qazanan Peruda qeyri-iş günü elan edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkə başçısı Pablo Kuçinski tvitterdə “Bizə bu xobəxtliyi yaşatdığınız üçün təşəkkürlər” yazaraq milli komandanı təbrik edib.

Qeyd edək ki, Peru ilk matçda 0-0 bərabərə qaldığı rəqibini öz meydanında 2-0 məğlub edib.