Dünya Çempionatından növbəti uğur

dunya-cempionatindan-novbeti-ugur
Oxunma sayı: 659

Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyasının mətbuat xidmətinin rəhbəri Anar Bürcəliyevin “Qafqazinfo”ya verdiyi məlumata görə, komanda heyətinə bu yarışda 5-dan qarakəmər ustası, Gənclər və Kişilər arasında Yığma komandanın baş məşqçisi Xaləddin Şirinov rəhbərlik etmişdir. Bu yarışda Namiq İmranov kişilər arasında 65 kq çəki dərəcəsində Dünya Çempionu olmuş, Ucar rayonundan 12-13 yaş qrupunda 35 kq çəki dərəcəsində Vüqar Əliyev Dünya birinçisi, 16-17 yaş qurupunda 60 kq çəki dərəcəsində avropa ikinçisi olan Əlfaid Abdullayev Dünya ikinçisi adın layiq görülüblər.

Eləçə də 10-11 yaş qrupunda Ülvi Humbətov 30 kq çəki dərəcəsində 2 yeri qazanıb. Dünya Çempionatında 8-9 yaşlar arasında Respublika birinçisi Arif İsmayılzadə 20 kq çəki dərəcəsində 8 döyüş keçirərək və Rüstəm Verdiyev 30 kq çəki dərəcəsində 9 döyüş keçirərək tatami üzərində öz qüvvələrini sınayaraq Dünya ikinçisi adın layiq görülüblər.

Cavid Mustafayev 12-13 yaşlar arasında 30 kq çəki dərəcəsində 2 yerə, Tural Yusubov 40 kq çəki dərəcəsində iki versiyada B-1 və B-2 versiyalarında tatami üzərində öz qüvvəsini sınayaraq 2 və 3 yerə, Zeynəb Səmədova isə 28 kq çəki dərəcəsində 3-yerə çıxıblar.