Dünya Çempionatını izləyən aktyorun beyninə qan sızdı

dunya-cempionatini-izleyen-aktyorun-beynine-qan-sizdi
Oxunma sayı: 3570

Misirin tanınmış aktyoru Mahir Əssam Dünya Çempionatında oynayan Misir-Urqvay matçını izləyərkən dünyasını dəyişib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, aktyorun beyninə qan sızıb. 38 yaşlı Mahir daha əvvəl də beyin qanaxması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Matçı izləyən zaman yenidən beyin qanaxması keçirən Əssamın həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, Mahir Əssam aktyorluq karyerasına 5 yaşında məşhur rejissor Yusif Şahinin filmlərində başlayıb.