Dünya Çempionatının iştirakçıları “Bakı”nın bazasını bəyənib

dunya-cempionatinin-istirakcilari-bakinin-bazasini-beyenib
Oxunma sayı: 632

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Bakı" futbol klubunun təlim-məşq bazası da çempionat ərzində komandaların ixtiyarına veriləcək. Dünya çempionatının iştirakçı komandaları klubun bazasında məşq edəcəklər. 16 komanda nümayəndələrinin səfəri baza ilə yaxından tanış olmaq, infrastruktur və aparılan işləri yerində izləmək məqsədi daşıyıb.

"Bakı" futbol klubunun bazasını gəzib-dolaşan nümayəndələr klub infrastrukturunu ən yüksək qiymətə layiq görüblər. FIFA U-17 qadınlararası dünya çempionatının iştirakçı komandalarının təmsilçiləri burada gördüklərindən məmnun qaldıqlarını, bazanın ən müasir tələblərə cavab verən dünya səviyyəli idman kompleksi kimi dəyərləndiriblər.
Qeyd edək ki, FIFA U-17 qadınlararası dünya çempionatı 2012-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycanda baş tutacaq. 16 komandanın iştirakı ilə keçiriləcək dünya çempionatını Bakı və Lənkəran şəhərləri qəbul edir. Paytaxtın 5 və cənub şəhərinin mərkəzi arenası oyunlar üçün nəzərdə tutulub.