Dünya çempionunu öldürən Anar federal axtarışa verildi

dunya-cempionunu-olduren-anar-federal-axtarisa-verildi
Oxunma sayı: 906

Rusiyada pauerlifting üzrə dünya çempionu Andret Draçevi döyərək öldürən 1992-ci il təvəllüdlü Anar Allahverənov federal axtarışa verilib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, ilkin məlumata görə, avqustun 20-də azərbaycanlı ilə 1985-ci il təvəllüdlü pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçev arasında qarşıdurma baş verib. Birinci qarşı tərəfin ünvanına təhqiredici ifadələr işlədib. Daha sonra tərəflər əlbəyaxa olublar. Allahverənov Draçevə bir neçə zərbə vurub, nəticədə o, xəstəxanada dünyasını dəyişib.

İlkin məlumata görə, onun ölümünə səbəb kəllə-beyin travması olub. Cinayəti törətdikdən sonra azərbaycanlı gizlənib. Hazırda Rusiya tərəfi azərbaycanlını federal axtarışa verib.