Dünya çempionunu öldürən Anar təslim oldu

dunya-cempionunu-olduren-anar-teslim-oldu
Oxunma sayı: 3761

Rusiyanın pauerliftinq üzrə dünya çempionu Andrey Draçovu öldürən azərbaycanlı Anar Allahverənov könüllü təslim olub.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumatı Xabarovsk vilayətinin hüquq-mühafizə orqanları yayıb. Bildirilir ki, idmançını öldürən Anar Allahverənov bölməyə gələrək özü təslim olub. O, dindirildikdən sonra təcridxanaya yerləşdiriləcək.

Qeyd edək ki, Anarı 20 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. 

Xatırladaq ki, dünya çempionu Andrey Draçovlo Anar Allahverənov arasında mübahisə avqustun 20-sində kafelərin birində baş verib. Mübahisə zamanı Anar təpiklə idmançının başına vurur. Ağır kəllə-beyin travması alan Draçov dünyasını dəyişib.

Aysel Kərimova