Dünya əhalisi 10 milyardı nə vaxt keçəcək? - Statistika açıqlandı

dunya-ehalisi-10-milyardi-ne-vaxt-kececek
Oxunma sayı: 743

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2017-ci il üzrı dünyada əhalisi sayını gözlənilən təxmini artım tempini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hesabata görə, hazırda dünyada 7,6 milyarda yaxın insane yaşayır.

Hər il orta hesabla dünya əhalisinin 83 milyon nəfər artdığı və əhali sayının 2030-cu ildə 8,6 milyard nəfərə çatacağı gözlənilir.

Həmçinin, 2050-ci ildə 9,8 milyard və 2100-cü ildə isə 11,2 milyard nəfəri keçəcəyi bildirilir. Bundan başqa, Afrika qitəsində 26 ölkənin əhalisinin 2050-ci ildə indikində 2 dəfə çox olacağı gözlənilir.

Statistikaya əsasən, hazırda 1,3 milyard əhalisi olan Hindistanın 1,4 milyard əhalisi olan Çini 2024-cü ildə keçəcəyi ehtimal edilir.