Dünya Əlillər Birliyinin növbəti toplantısı keçirilib

dunya-eliller-birliyinin-novbeti-toplantisi-kecirilib-
Oxunma sayı: 634

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə Türkiyənin xarici islər naziri Əhməd Davudoğlu, Aile ve sosial siyasət naziri Fatma Sahin, Dünya Əlillər Birliyinin prezidenti Mətin Şənturk və 70 ölkədən nümayəndə iştirak edib. Tədbirdə Azərbaycanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov, şöbənin məsləhətçisi Tural Həsənov, ölkənin əlil ictimai birliklərinin nümayəndələri təmsil ediblər. Dünya Əlillər Birliyinin strukturunun təkmilləşdirilməsinin əsas müzakirə obyekti olduğu toplantıda həmçinin əsas fəaliyyət istiqamətləri, təşkilata yeni üzvlərin seçilməsi məsələləri ətrafında fikir mübadilələri aparılıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, habelə ölkəmizin tədbirdə təmsil olunan QHT-lərinin də Dünya Əlillər Birliyinə üzv seçilməsi məsələsinə baxılıb.