Dünya Kuboku Bakıya gətiriləcək

dunya-kuboku-bakiya-getirilecek
Oxunma sayı: 2050

Dünya çempionatının kuboku dünya turu çərçivəsində fevralın 9-da Bakıda olacaq.

“Qafqazinfo” Goal-a istinadən xəbər verir ki, kubok “Gənclik Mall” Ticarət Mərkəzində nümayiş etdiriləcək.

Qeyd edək ki, Dünya Kuboku 6,142 kq çəkiyə malikdir və qızıldan hazırlanıb. Mükafatın orijinal dizaynı 1974-cü ildə yaradılıb.

2018-ci il dünya çempionatı 14 iyun - 15 iyul tarixləri arasında Rusiyada keçiriləcək.