Dünya Kubokunun təsnifat mərhələsi başladı

dunya-kubokunun-tesnifat-merhelesi-basladi
Oxunma sayı: 644

“Qafqazinfo” xəbər verir ki, turnirdə Azərbaycan idmançılarıyla yanaşı, İran, Gürcüstan, Almaniya, Qazaxıstan və Türkiyədən olan çaparlar da mübarizə aparıb. Beynəlxaq Turniri idarə edən hakimlər briqadası İran, Türkiyə və Bolqarıstandan dəvət olunub.

Yarışların hər günü iki hissədən ibarət olub. Əvvəlcə çaparlar nisbətən cavan atlarla yarışda bacarıqlarını göstəriblər. Turnirin ilk günü həmyerlimiz Kənan Novruzov “Wasab - 1” ləqəbli atla qələbə qazanıb. Nisbətən təcrübəli atlarla yarışda da Azərbaycan təmsilçisi Patrick Mc Entee qalib gəlib.

Yarışların final mərhələsi də eyni ssenari üzrə keçib. Əvvəlcə iştirakçılar nisbətən cavan atlarla çıxış ediblər. Burada çempionluğu “Samurai MNM” ləqəbli atla Almaniyalı Andre Schroeder qazanıb. Turnirin əsas final mərhələsi isə bundan sonra başlayıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən son mərhələdə ölkəmizi Pekin və London Yay Olimpiya oyunlarında təmsil etmiş Camal Rəhimov “Woodie” ləqəbli atla birinci yerə çıxıb. Digər həmyerlimiz Seyid Musayev isə “Concorde 57” ləqəbli atla ikinci olub.

Qeyd edək ki, turnir okytabr ayının 27-də start götürüb və Binə Atçılıq mərkəzində keçirilib.

2 gün davam edən Dünya Kubokunun təsnifat mərhələsinin ümumi mükafat fondu 56 000 Amerika dolları idi.