Dünya məktəblərində qəribə qadağalar - Siyahı

dunya-mekteblerinde-qeribe-qadagalar
Oxunma sayı: 2327

Bir çox ölkələrdə məktəblərdə maraqlı qadağalar tətbiq edilir.

“Qafqazinfo” Azedu.az-a istinadən həmin qəribə qadağaları təqdim edir:

- Almaniyadakı 170 orta təhsil müəssisəsində şagirdləri izləmək üçün xüsusi cihazlardan istifadə olunur. Onların məktəbdə hansı yeməyi yediyini, yeməkxanadan nə aldığını və harada olduğunu izləmə imkanı verən tətbiqdən əsasən məktəb rəhbərliyi və valideynlər istifadə edir. Bu isə məktəbli formalarının ətəklərinə taxılan xüsusi cihazlar vasitəsilə baş tutur.

- İngiltərə məktəblərində şagirdlərdən ikisinin yaxın dost olması qadağandır. Ekspertlər digər şagirdlərin belə dostluqlardan əziyyət çəkdiklərini, özlərinə qapandıqlarını bildirirlər. Onların dediyinə görə bu qadağa uşaqların bir-biri ilə daha çox ünsiyyət qurmalarına və tez sosiallaşmalarına səbəb olur.

- İngiltərədə həmçinin müəllimlərə tətbiq olunan qadağalar da mövcuddur. Məsələn, onların imtahan vərəqlərini yoxlayarkən qırmızı qələmdən istifadə etməsinə icazə verilmir. Yazıdakı bu rəngin şagirdlərə həddindən artıq mənfi təsir göstərdiyini və onlarda inamsızlıq formalaşdırdığını iddia edirlər. Buna görə də İngiltərə məktəblərində müəllimlər yaşıl mürəkkəbli qələmlərdən istifadə edirlər.

- Amerikanın Miçiqan əyələtində şagirdlərin məktəbə çanta ilə daxil olması qadağandır. Ekspertlər məktəb ləvazimatları ilə doldurulmuş çantaların uşaqların sağlamlığı üçün zərərli olduğunu bildirirlər. Şagirdlərin kitab və dəftərləri sinifdəki rəflərdə saxlanılır. Onlar məktəbə gələndə kitabları götürüb istifadə edir, evə getdikdə isə yerinə qoyurlar.

- Amerikanın bəzi yerlərində qışda məktəbə çəkmə ilə gəlmək olmaz. Onların qadağan olunmuş əşyaları bu çəkmələrin içində gizləyərək məktəbə gətirdikləri bildirilir.