Dünya siyasətçilərinə müraciət edildi

dunya-siyasetcilerine-muraciet-edildi
Oxunma sayı: 634

“Hörmətli dövlət başçıları, Nazirlər Kabinetinin üzvləri, millət vəkilləri, Siyasi Partiya rəhbərləri.

Sizə əvvəlcə Azərbaycan adlı coğrafiyadan və bu coğrafiyada yaşayan və yaşamış Azərbaycan türklərindən bəhs etmək istəyirəm.

Azərbaycan, İranın şimal və şimal qərbi, Azərbaycan Respublikasının olduğu coğrafiya, indiki Ermənistan Respublikasının olduğu coğrafiya, Türkiyənin şərq illerinin olduğu coğrafiya, Gürcistanın Borçalı olaraq adlanan bölgəsi, Rusiyanın Dağıstan Muxtar Respublikanın də iştirak edən Dərbənd bölgəsini də əhatə edən coğrafiyanın adıdır.
Bu coğrafiyada yaşayan və 90-100 il əvvəlinə qədər də yaşamış olan Türklərə də Azərbaycan Türkləri deyirik. Azərbaycan Türkləri Oğuz Türküdür və Türkiye Türklərinin öz qardaşlarıdır.

Özləri bu coğrafiyada yaşayan, bu coğrafiyada özləri, ya da ataları doğulmuş ancaq başqa ərazilərdə və ölkələrdə yaşamaq məcburiyyətində qalmış Azərbaycan türklərinin sayı 50 Milyondan çoxdur.

Dünyanın müxtəlif bölgələri və ölkələrində yaşayan 50 milyondan çox Azərbaycan türkünün, milli birliyini, mədəniyyət birliyini, düşüncə birliyini təmin edəcək, 50 milyondan çox Azərbaycan türkünün, milli və mədəni haqlarını Beynəlxalq arenada müdafiə edəcək, onları adına söz sahibi olacaq, qeyri-hökumət xarakterli, bir-birlik, Azərbaycan Milli Konseyi adlı bir təşkilat yaratmaq üçün, 20-21-22 Aprel 2012 tarixində, Türkiyənin İzmir şəhərində, "Beynəlxalq, 1. Azərbaycan FORUMU" adlı bir yığıncaq, qurultay reallaşacaq.

Bu Forumda, dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan Türklərinin, qabaqda gələn ziyalıları, təşkilatçıları, sənətçiləri, idman adamları, elm adamları bir araya gələrək, MİLLİ AZƏRBAYCAN KONSEYİNİ yaradacaqlar.

Bu yığıncaqda, yaradılacaq AZERBAYCAN MİLLİ KONSEYİNİN əsas xüsusiyyətləri bunlardır:

• Heç bir dövlətə asılı deyil. Tamamilə sivildir (Qeyri Hökumət təşkilatı xarakterlidir).
• Milli bir konseydir. Azərbaycan Türklərinin (harada yaşayırlarsa yaşasınlar) milli maraqlarını müdafiə edər.
• Azərbaycan türklərinin birliyini müdafiə edər. Birləşdiricidir
• Demokratik üsullarla meydana gəlmişdir.
• Müasir bir təşkilatdır. Müasirliyi, qadın kişi bərabərliyi, dünyəvilik-laiklik kimi ünsürləri ehtiva edir.
• Bütün millətlərə, millətlər arası hüquqa, hörmətlidir və bütün millətlərdən və beynəlxalq teşkilatlardan da, Azərbaycan Türk millətinə eyni hörməti göstərməsini gözləyər.
• Təməl insan hüquqlarının, həm öz millətinə, həm də başqa millətlərə həyata keçirilməsinə müdafiə edər. Insan hüquqları müdafiəçisidir.

Sizlərin diqqətinin, Aprel ayında İzmir şəhərində edəcəyimiz forumda olmasını və tamamilə demokratik üsullarla oluşturacağımız MİLLİ AZƏRBAYCAN Konseyinin işlərini izləməyə və dəstək verməyə dəvət edirik.”

Xatırladaq ki, keçən ilin aprel ayında Türkiyədə yaşayan Azərbaycan türklərini qurultayından sonra Azərbaycan Milli Konseyi adlı bir təşkilat yaratmaq qərarı alınıb. Bunun üçün, 20-21-22 Aprel 2012 tarixində, Türkiyənin İzmir şəhərində, "Beynəlxalq, I Azərbaycan FORUMU" adlı bir yığıncaq, qurultay reallaşacaq. Dünya siyasətçilərinə müraciəti Azərbaycan Milli Konseyinin təşkilat komitəsi adından Basın və halkla ilişkilər üzrə təmsilçisi Aynur İmranova təqdim edib.