Dünya şöhrətli müğənni Alim Qasımovdan heyrətə gəldi

dunya-sohretli-mugenni-alim-qasimovdan-heyrete-geldi
Oxunma sayı: 5485

Dünyaca məşhur islandiyalı müğənni, aktrisa, musiqiçi, bəstəkar, mahnı sözü yazarı, bir çox mükafatların laueratı Byork bütün dövrlərin ən sevimli 11 musiqi albomunu açıqlayıb.  

“Qafqazinfo”nun “Farout Magazin”ə istinadən məlumatına görə, onun 11 sevimli musiqi albomu siyahısında Azərbaycanın Xalq artisti, dünya şöhrətli xanəndə Alim Qasımovun “Azerbaijan: The Art of the Mugham” adlı diski də yer alıb.

A. Qasımovun albomunda olan mahur, şur, segah kimi muğam ifaları islandiyalı ifaçını heyrətləndirib.  

Xatırladaq ki, 2011-ci ildə “Guardian” nəşrinə müsahibəsində dünya ulduzu A. Qasımovun yaradıcılığına olan sevgisini etiraf edib bunları demişdi: “Mənim sevimli müğənnilərim - Beyons, Çaka Xan, Entoni Heqartidir, amma ən sevimli ifaçım Alim Qasımovdur”.

Byorkun sevimli albomlarının tam siyahısı ilə buradan tanış ola bilərsiniz.