Dünya şöhrətli müğənni öldü

dunya-sohretli-mugenni-oldu
Oxunma sayı: 7063

Dünya şöhrətli müğənni, İrlandiyanın “The Cranberries” rok-qrupunun vokalisti Dolores O'Riordann Londonda dünyasını dəyişib.

“Qafqazinfo”nun “The Sun” nəşrinə istinadən verdiyi xəbərə görə, sənətçi 46 yaşında vəfat edib.

O, Böyük Britaniyaya mahnı səsyazması üçün gedibmiş.

Qeyd edək ki, D. O'Riordann 1990-cı ildə “The Cranberries”in tərkibində çıxış edib. O, 2003-cü ildə solo karyeraya başlayıb. Müğənni həmçinin, D.A.R.K. qrupunun da üzvü olub.

Dolores O'Riordann 1994-cü ildə Don Burtonla ailə qurub, cütlüyün 4 övladı var.