Dünya şöhrətli musiqiçi Ədalət Vəzirovdan yazdı - Foto

Dünya şöhrətli musiqiçi Ədalət Vəzirovdan yazdı
Oxunma sayı: 1219

Yəhudi əsilli məşhur kamança ifaçısı Mark Eliyahu mərhum Əməkdar artist, kamança ifaçısı Ədalət Vəzirov barədə sosial şəbəkədə paylaşım edib. “Qafqazinfo” xəbər verir ki, o, feysbukda azərbaycanlı ifaçı ilə fotosunu yayaraq ustadı barədə xatirələrini bölüşüb:

“Burada mənim 17 yaşım var, müəllimim Ədalət Vəzirovla bir aradayam. 16 yaşımda Bakıya, ustadım Ə. Vəzirovun evinə köçdüm. O, böyük kamança ustadı, heyrətamiz və dərin insani düşüncələri olan şəxs idi. Mən fərqli ölkədən gələn yeniyetmə idim. Ədalət Vəzirov və ailəsi məni aralarına daxil edərək onların bir üzvü kimi qəbul etdilər.

O, 15 il əvvəl vəfat etdi. Onun üçün çox darıxıram, hər zaman qəlbimdə olacaq. Bakı mənə kamançada ifa etməyi öyrədən şəhərdir. Özüm 5 gün sonra komandamla gələcəm və Bakıda ilk konsertim olacaq. Uzun zamandır bunu gözləyirdim, çox xoşbəxtəm”. 

Qeyd edək ki, Mark Eliyahunun konserti mayın 25-də Heydər Əliyev Sarayında baş tutacaq. 

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi