Dünya şöhrətli musiqiçilər Bakıya gəldi

dunya-sohretli-musiqiciler-bakiya-geldi
Oxunma sayı: 658

Fevralın 9-15-də Finlandiyanın Savonlinna Konservatoriyasının professor heyəti Bakıda qonaq olub. Onlar Bakı Musiqi Akademiyasının yuxarı kurs tələbələri üçün master klass keçibdilər.

TeliaSonera şirkətinin dəstəyi ilə baş tutan bu proqram çərçivəsində finlandiyalı sənətçilər Vokal, Orkestr və Simli alətlər üzrə ustad dərsləri deyiblər. Fevralın 15-də isə hər iki tərəfin sənətçilərinin iştirakı ilə Bakı Musiqi Akademiyasında Qala Konsert baş tutub.
TeliaSonera şirkətinin təşəbbüsü ilə baş tutan bu proqram çərçivəsində Musiqi Akademiyasının ən istedadlı 8 tələbələri Savonlinna Konservatoriyasındakı uzunmüddətli Yay Məktəbi dərslərində də iştirak edəcəklər. Adətən bu cür tədris kurslarına dünyanın hər yerindən istedadlı gənc musiqiçilər toplaşır. Yay məktəblərinin iştirakçıları həm öz aralarında təcrübə mübadiləsi aparır, həm də ustadlardan dərs alırlar.
Qonaqlar arasında tanınmış ustadlar - Ralf Gothóni (piano), Eija Tolpo (Opera), Tom Krause, Matthias Veit, Marko Ylönen (violençel), Tuulia Ylönen, Matti Makkonen dərslərə rəhbərlik ediblər. Finlandiyalı musiqi professorlarının nümayəndə heyətinə Savonlinna Konservatoriyasının Direktoru cənab Eero Rantala rəhbərlik etdi.

Nigar Məmmədli