Dünya ulduzlarından müsəlmanlara dəstək

dunya-ulduzlarindan-muselmanlara-destek
Oxunma sayı: 2272

Dünyaca məşhur model bacılar- Bella və Gigi Hadid Yeni Zelandiyada törədilən terror hadisəsinə səssiz qalmayıb. 

“Qafqazinfo” xəbər verir ki, əslən Fələstindən olan modellər rəsmi instaqram səhifələrində martın 15-də 50 müsəlmanın öldürülməsi ilə nəticələnən hücumu pisləyiblər.

“Bura sizin evinizdir, güvəndə olmalıydınız” yazılı fotolar paylaşan Hadidlər müsəlmanlara dəstək olublar. Gigi “dünyadakı bütün müsəlman qardaşlarımı düşünürəm. Terrorun dini yoxdur” şərhini yazıb. 

Bella isə “Yaşananlara həqiqətən inana bilmirəm. Bu vəziyyət məni xəstə edəcək. Həyatını itirənlər üçün dua edirəm” deyə bildirib.