Dünya ulduzunun Bakıdakı konserti təxirə salındı

dunya-ulduzunun-bakidaki-konserti-texire-salindi
Oxunma sayı: 646

Brekstonun həkimləri onun dekabr ayına nəzərdə tutulan konsert və şou proqramlarının təxirə salınmasında israr ediblər.

Qeyd edək ki, dünya estradasının ulduzu, 6 Qremmi mükafatının sahibi Toni Brekstonun dekabr ayında Bakıda da konserti nəzərdə tutulurdu. Müğənni dekabrın 17-18-də Heydər Əliyev Sarayında ikigünlük solo konsertlə çıxış etməli idi. Müğənninin menecerlərinin sözlərinə görə, Toni Brekston səhhətindəki problemlər aradan qalxdıqdan sonra yenidən şou proqramlarının həyata keçirilməsini və pərəstişkarları qarşısında çıxış etməyi planlaşdırır.

Toni Brekstonun yaxın müddətdə konsert turlarının təxirə salınması ilə əlaqədar dekabrın 17-18-də Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulan konsertin biletlərinin kassaya qaytarılmasına başlanılıb.

Konsertin biletinin satışı ilə məşğul olan Ur Style şirkətindən verilən məlumata görə, alınan biletləri dekabrın 7-dan etibarən hər gün saat 19:00-dək Bülbül prospekti ilə Lev Tolstoy küçəsinin kəsişməsində (Mango mağazasının yanında) yerləşən kassada qaytarmaq mümkündür.