Dünyada 250 milyon qadın siqaret çəkir

dunyada-250-milyon-qadin-siqaret-cekir
Oxunma sayı: 665

“Qafqazinfo”nun məlumatına görə, bu fikirlər Türkiyədə keçirilən Siqaret və Sağlıq Beynəlxalq Konfransında iştirak edən elm adamları tərəfindən səsləndirilib. Qadınlarda kişilərlə müqayisədə siqaretdən ayrılmağın daha çətin olduğu bildirilir.

Konfransda dünyada 250 milyon qadın siqaret çəkdiyi və hər il dünyada 5 milyon insanın siqaretə görə öldüyü bildirilir. Həmin insanların 75 faizi inkişaf etməkdə olan və inkişaf etməmiş ölkələrin payına düşür. Çünki inkişaf etmiş ölkələrdə siqaretlə mübarizə qanunla tənzimləndiyi üçün bu hallar baş vermir.

Türkiyədə isə 18 yaşını keçmiş hər 6 qadından birinin siqaret çəkdiyi bildirilir. Həmçinin Türkiyədə siyasətçi, millət vəkilləri və müəllimlər arasında da ən çox qadınların siqaret çəkdiyi qeyd olunur.