Dünyada 821 milyon insan acdır

dunyada-821-milyon-insan-acdir
Oxunma sayı: 1088

Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyada aclıqdan əziyyət çəkən insanlarla bağlı hesabatını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, dünyada 149 milyon uşaq aclıqdan əziyyət çəkir.

Ümumilikdə aclıqdan əziyyət çəkənlərin sayı 821,6 milyondur. Bu, dünya əhalisinin 11 faizini təşkil edir.

Son üç ildə aclıq çəkənlərin sayında artım müşahidə olunur. Belə ki, iki il öncə aclıqdan əziyyət çəkənlərin sayı 811 milyon olub.

BMT-nin Qida Proqramı üzrə rəhbəri David Beasley bildirib ki, 2030-cu ilə qədər sayı sıfıra endirmək mümkün deyil.

Aclıq faizi daha çox Afrikanın üzərinə düşür. Qitədə hər beş nəfərdən biri acdır. Şərqi Afriqada isə hər üç nəfərdən biri aclıqdan əziyyət çəkir. Ümumilikdə, Afrikanın 20%-i qidadan məhrumdur. Bu göstərici Asiyada 12 %-dir.