Dünyada ən böyük külək elektrik stansiyası inşa edildi

dunyada-en-boyuk-kulek-elektrik-stansiyasi-insa-edildi
Oxunma sayı: 2460

İngiltərənin şimal-qərb sahilində dünyada ən böyük külək elektrik stansiyası işə salınır.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, 659 mvt gücündə “Walney Extension” elektrik stansiyası 600 min evi elektrik enerjisi ilə təmin edəcək.

Elektrik stansiyasının sahəsi 145 kv.km-ə bərabərdir ki, bu da təxminən 20 min futbol meydançasının sahəsinə bərabərdir.

“Walney Extension” stansiyası “Siemens Gamesa” və “MHI Vestas” şirkətləri tərəfindən qurulmuş 87 turbinlə təchiz edilib. Həmçinin qeyd etmək lazımdır ki, 195 metr yüksəklikdə qurulmuş 40 mvt gücündə “MHI Vestas” turbinləri dünyada ən böyük külək turbinləridir.

Hazırda Böyük Britaniya dəniz külək enerjisinin hasili üzrə dünyada liderdir.