Dünyada ən güclü smartfon hansıdır? - Siyahı açıqlandı

Dünyada ən güclü smartfon hansıdır?
Oxunma sayı: 3321

Müxtəlif cihazların sürətini təhlil edən “AnTuTu” proqramının yaradıcıları dünyada ən güclü və sürətli smartfonların reytinqini tərtib ediblər.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, “iPhone 8 Plus” smartfonu reytinqdə birinci yerdə qərarlaşıb.

Ötən ay müvafiq reytinqdə “OnePlus 5” və “HTC U11” smartfonları lider olmuşdular. İndi “Apple” şirkətinin istehsalı olan smartfonlar reytinqdə ilk pillələrdə qərarlaşıblar.

“iPhone 8 Plus” smartfonu yoxlama zamanı 217 min bal, “iPhone 8” isə 209 min bal toplayıb. “OnePlus 5” qurğusu liderlərdən 30 min bal geri qalır. “HTC U11” və “ZTE nubia Z17” növbəti yerləri tutublar. “Samsung Galaxy Note 8”, “Xiaomi Mi6”, “Samsung Galaxy S8” və “S8+” sonrakı yerləri bölüşdürüblər. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi