Dünyada ən təmiz hava bu ölkədədir

dunyada-en-temiz-hava-bu-olkededir
Oxunma sayı: 5248

Dünyanın ən təmiz havası olan ölkələrin adı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı Finlandiyanı ən təmiz havası olan ölkə hesab edir. Orada havadakı tozun miqdarı bir kub metrə 6 mikroqramdır. Daha sonra isə reytinqdə Estoniya, İsveç, Kanada, Norveç və İslandiya gəlir. 

Ən pis hava isə Asiya və Afrika ölkələrindədir. Burada hər 10 nəfərdən 9-u çirkli hava ilə tənəffüs edir. Uqanda, Monqolustan, Qətər, Kamerun ən çox çirkli havası olan ölkələrdir. 

Nuranə