“Dünyada hər ay azı bir dil yox olur” - YUNESCO

dunyada-her-ay-azi-bir-dil-yox-olur
Oxunma sayı: 915

Dünyada hər ay azı bir dil yoxa çıxır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ria Novosti”yə YUNESCO-nun şöbə müdiri Boyan Radoykov məlumat verib. 

Onun sözlərinə görə, ayda bir dəfə, bəzən isə bir və ya iki həftədə bir dil ölür: “Bu, sadəcə statistikadır. Nə etmək olar? Sadəcə müşayiət etmək və növbəti ölən dili yadda saxlamaq? Xeyr. Biz təhlükə altında olan dillərin atlasını yaratdıq. Bu, hələ yoxa çıxmayan dilləri qorumağa imkan verəcək ki, onu gələcək nəsillərə çatdıra bilək.

Radoykov bildirib ki, dünyada yerli dillərin sayı 5-6 mindir: “Dillərin harada daha tez yoxa çıxdığını demək çətindir. Yəqin ki, ilk növbədə Afrika və Latın Amerikasında. Bu, onunla əlaqədardır ki, bəzən həmin dillərdə cəmi 3-4 adam danışır. Həmin insanlar öləndə isə heç kim onları əvəzləyə bilmir”.