Dünyada ilk internet-məhkəmə fəaliyyətə başlayıb - Fotolar

dunyada-ilk-internet-mehkeme-fealiyyete-baslayib
Oxunma sayı: 753

Çinin Xancou şəhərində dünyada ilk onlayn-məhkəmə fəaliyyətə başlayıb.

“Qafqazinfo” Sputnik-ə istinadən xəbər verir ki, açılış mərasimində Çin Ali Məhkəməsinin sədri Zou Qianq da iştirak edib.

Məlumata görə, məhkəmə onlayn alış-veriş sahəsində olan fırıldaqçılıq məsələlərinə, həmçinin onlayn bağlanmış borc müqavilələrinə və müəllif hüquqlarının pozulma işlərinə baxacaq.

Dinləmələr və hökmün elan edilməsi videoyayım ilə onlayn yayımlanacaq.