Dünyada insanlar ən çox bu səbəbdən ölürmüş - ÜST açıqladı

dunyada-insanlar-en-cox-bu-sebebden-olurmus
Oxunma sayı: 2590

Ümumdünya Səhiyyə Təşkilatı dünyada insanların ən çox nədən öldüklərini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, spirtli içkidən istifadə insan ölümlərinin əsas səbəbi imiş. Qeyd edilir ki, hər il dünyada 20 ölümdən biri sərxoş vəziyyətdə avtomobil idarə etmək və ya spirtli içkidən həddindən artıq istifadəyə görə yaranır. 

Bütün ölümlərin dörddə üçü kişilərdə müşayiət olunur.

Ekspertlərin rəyinə əsasən, spirtli içki ən çox Avropada qəbul edilib. Bununla yanaşı, təşkilat Rusiya, Moldova və Belarusda bu tendensiyanın enişə doğru getdiyini vurğulayır.