Dünyada nə qədər milyonçu var?

dunyada-ne-qeder-milyoncu-var
Oxunma sayı: 1133


“Qafqazinfo”nun xəbərinə görə, bu barədə “Capgemini” konsaltinq qrupunun və “Wealth Management” bankın illik hesabatında yer allb.

Milyonçuların siyahısına daşınmaz əmlak, bahalı incəsənət əşyaları və avtomobillər nəzərə alınmadan 1 milyon dollardan yuxarı investisiyaya malik şəxslər daxil edilir. Dünyada belə insanların sayı 13,7 milyon nəfərdir. Onların 60 faizi ABŞ, Yaponiya, Almaniya və Çində yaşayır. Rusiyada həmin meyarlara cavab verən 160 min milyoner var.

Hesabatda bildirilir ki, ötən il milyonçular ordusu 15 faiz artıb. Dünyanın ən zəngin şəxslərinin investisiya kapitalı ümumilikdə 52,6 trilyon dollar təşkil edir və bunun 40 faizi son beş ildə qazanılıb. Bu məbləğin 18 trilyon dolları 128 min ultra-milyonçunun əlində cəmlənib.