Dünyada siyasətçilər belə dincəlir, bizdə isə...- - Fotolar

Dünyada siyasətçilər belə dincəlir, bizdə isə...-
Oxunma sayı: 1895


“Qafqazinfo” xarici və yerli siyasətçilərin bu ilki yadda qalan anları sizə təqdim edir. Görək kimlər necə istirahət edib.

Fürsət olduqca Soçidə istirahət edən Rusiya prezidenti Vladimir Putin xəbər verdiyimiz kimi, bu həftə sonunu ölkənin baş naziri Dmitri Medvedevlə keçirib. Əvvəlcə idmanla məşğul olan rəsmilər daha sonra manqalda qızartdıqları əti yeyib. Siyasətdə olduğu kimi istirahətlərini də çox vaxt birlikdə keçirən köhnə dostlar birgə keçirdikləri istirahətlərində etdikləri müxtəlif fəaliyyətlərlə dünya mediasının marağına səbəb ola bilir.

Sərt və qərarlı çıxışları ilə tanınan Almaniyanın baş naziri Angela Merkelin iş rejimi nə qədər ağır və stressli  olsa da, xanım siyasətçi istirahətinə vaxt ayırmağı etinasız yanaşmır. Son olaraq həyat yoldaşı ilə İspaniyanın Pasxa adasına səyahət edən nazirin geydiyi şapkasındakı Boss(başçı)  sözünə görə Almaniyanın “Bild” qəzeti maraqlı manşet verib: “Merkel tətildə də həyat yoldaşına başçılıq edir”.

Barak Obamaya qarşı sərt fikirləri ilə seçilən Argentinanın prezidenti Kristina Fernandesin istirahət planlarının elə də uğurlu olduğunu deyə bilərik. Ötən il tətildə yıxılıb ayağını sıdıran, daha sonra da infeksiya səbəbi ilə xəstəxanaya aparılan Fernandes bu il də bir neçə çətinliklərlə üzləşib. 

Ailəvi tətilləri və rahat görünüşü ilə hər zaman seçilən ABŞ prezidenti Barak Obamanın avqust ayındakı 2 həftəlik istirahətindən daha çox tətil üçün seçdiyi musiqi və kitab siyahısı dünya mediasında geniş müzakirələrə səbəb olub. İstirahət məkanı olaraq sakit bir məkan-Massaçusetsi seçən prezident gün ərzində dostları ilə sevimli oyunu olan qolf oynayır və məşhur siyahısındakı kitabları oxuyur.

Bu yay medianın işıqlandırdığı ən bahalı tətil edən siyasətçi kimi Fransanın eks-prezidenti Nikola Sarkozini göstərə bilərik. Belə ki, “xalq adamı” imici yaratmaq istəyən siyasətçinin həyat yoldaşı ilə bir həftəlik tətilinə ödədiyi 34 min 200 avro mətbuatda geniş müzakirə olunmuşdu.

Bəs Azərbaycanda siyasətçilər necə dincəlir?

Ümumiyyətlə, Azərbaycanda siyasətçilər məzuniyyət planlarını adətən mediadan gizli saxlayırlar. Qarşıdan gələn  parlament seçkilərini nəzərə alsaq, Milli Məclisimizin üzvlərinin bu yay elə də dincələ bilmədiyini deyə bilərik. Ancaq yenə də kifayət qədər dincələ bilməyənlərlə yanaşı, məzuniyyətini qənaətbəxş adlandıranlar da az deyil. Millət vəkili Zahid Oruc da Barak Obama kimi tətildə oxumaq üçün xüsusi kitab siyahısı hazırlayıb.  Deputat bu məzuniyyətində təmsil etdiyi bölgədə olduğunu və xeyli sayda kitab oxuduğunu deyib: “Tətilə çıxdığımız zaman bildirmişdim ki, ölkənin kənarına çıxmayacam, bəzi tədbirlərimiz olduğu üçün təmsil etdiyim bölgəyə gedəcəm. İstirahətimi yalnız bağ şəraitində keçirmişəm. Media gündəmini izləmişəm, əsas olaraq onu deyim ki, çoxdan planlaşdırdığım bir neçə kitabı bu istirahətimdə oxumaq imkanım oldu”.

Çingiz Qənizadə bu məzuniyyətində kifayət qədər dincələ bilmədiyini deyib: “Azərbaycanın müəyyən rayonlarına, istirahət mərkəzlərinə bir neçə günlük səfər etdim. Ancaq nəzərə alaq ki, yay dövründə də vətəndaşlardan şikayətlər gəməyə davam edir və yaxud toplanmış sənədlər üstündə müəyyən işlər görmək lazımdır. Məzuniyyət üçün verilən 45 günün 20-25 günü mən yenə də iş yerində olmuşam. Həftədə 2-3 dəfə işə gəlmişəm. Belə deyə bilərəm ki, mən bu il kifayət qədər dincələ bilmədim”. 

Deputat Məlahət İbrahimqızı məzuniyyətini daha çox ailəsi ilə keçirdiyini bildirib: “Tətilimi səmərəli adlandırmaq olar. Seçicilərimlə görüşmüşəm, onların şikayətlərini dinlədim. Boş vaxtlarımı daha çox ailəm və nəvələrimlə keçirdim”.

VHP sədri Sabir Rüstəmxanlı isə tətilini bir qədər fərqli keçirib və bu məzuniyyətində çoxdankı arzusu olan Altay səfərinin baş tutduğunu deyib: “7-8 günlük türklərin qədim yurdlarından olan  Altayda oldum, oraya getməyi çoxdan arzulayırdım. Bundan başqa yaradıcılıq fəaliyyəti ilə məşğul olmuşam”.

Günel Hacı

“Qafqazinfo”


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi