Dünyada smartfonların satışı azalıb - Statistika

dunyada-smartfonlarin-satisi-azalib
Oxunma sayı: 702

“IDC” analitik şirkəti 2018-ci il üçün beynəlxalq smartfonlar bazarı üzrə proqnoz dərc edib.

“Qafqazinfo” “ICTnews”a istinadən xəbər verir ki, cari ildə smartfonların tədarükü 2017-ci ildəki 1,47 milyarddan 1,42 milyardadək (3 faiz) azalıb.

Bununla yanaşı, mütəxəssislərin proqnozuna görə, 2019-cu ildə vəziyyət düzələcək və smartfonların satışı minimum 2,6 faiz yüksələcək. Uzunmüddətli perspektivdə - 2022-ci ilədək isə smartfonların satış həcminin 1,57 milyardadək artacağı gözlənilir.

Bundan başqa, analitiklər tərəfindən böyük ekranlı smartfonların bazar payının artacağı proqnozlaşdırılır. 5,5 düymdən böyük ekrana malik modellərin satışı 947,1 milyonadək artaraq 2018-ci ilin bütün satış həcminin 66,7 faizini təşkil edəcək. Müqayisə üçün: 2017-ci ildə belə smartfonların satışı 623,3 milyona və ya 42,5 faizə bərabər olub, 2022-ci ilədək isə onların payının 87,7 faiz və ya 1,38 milyard təşkil edəcəyi proqnozlaşdırılır.