Dünyada süni intellekt məsələləri üzrə ilk nazirlik yaradılıb

dunyada-suni-intellekt-meseleleri-uzre-ilk-nazirlik-yaradilib
Oxunma sayı: 1396

Birləşmiş Ərəb Əmirliklərində Nazirlər Kabinetinin tərkibinin yenilənməsindən sonra dünyada süni intellekt məsələləri üzrə ilk nazirlik yaradılıb.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, bundan əvvəl gələcəyin planlaşdırılması departamentinin direktor müavini vəzifəsində işləmiş 27 yaşlı Oman bin Sultan əl Olama yeni nazirliyə rəhbərlik edəcək.

“Arabian Business” nəşri yazır ki, Əbu-Dabidə 2031-ci ilədək süni intellektin inkişaf strategiyasının təqdimatından sonra bin Sultanın təyinatı həyata keçirilib:

“Biz hökumət xidmətlərinin bütün səviyyələrdə daha yüksək effektivliyinin təmini və sürətləndirilməsi üçün süni intellektlə bağlı bütün alət və metodlardan istifadə etməyə hazırlaşırıq”, - deyə Nazirlər Kabinetinin rəhbəri bəyan edib.