Dünyada yaşlı insanların sayı artacaq

dunyada-yasli-insanlarin-sayi-artacaq
Oxunma sayı: 914


“Qafqazinfo”nun AzərTac-a istinadən məlumatına görə, belə demoqrafik dəyişiklik ilk dəfə baş verəcək. DST-ın mütəxəssisləri hesab edirlər ki, hadisələrin bu cür gedişatı ciddi resurs gərginliyi yaradır və qlobal böhrana səbəb ola bilər.

Hazırda dünyada yaşlı insanların sayı 841 milyondur. DST-ın proqnozlarına əsasən, 2025-ci ilə onların sayı dünyada 2 milyarda çatacaq.

Qocaların sayının artmasının bir neçə səbəbi var. Bura insan ömrünün uzanması (xüsusilə inkişaf etmiş sənaye ölkələrində), qan-damar kimi xəstəliklərdən ölənlərin sayının azalması və həyat səviyyəsinin yüksəlməsi aid edilir.