Dünyanı heyrətləndirən qadın danışdı - “Oğlumu yerdə sürüməyimə səbəb...”

Dünyanı heyrətləndirən qadın danışdı
Oxunma sayı: 6349

26 oktyabrda sosial şəbəkələrdə İngiltərənin Liverpul şəhərində bir qadının uşağının boynuna ip keçirərək onu sürüdüyü barədə video yayılmışdı.

“Qafqazinfo” xəbər verir ki, bir çoxları qadını təhqir etmiş, onu qəddarlıqda ittiham etmişdi.

Həmin qadın bu gün ortaya çıxıb və niyə bu hərəkəti etdiyi barədə “Echo”ya açıqlama verib. Onun açıqlamasından sonra hadisə barədə söylənən fikirlərin tamamilə fərqli olduğu üzə çıxıb:

“Oğlum autizm xəstəsidir. Kriz keçirir, özünü yerə atır. O videoda etməyə çalışdığım şey onu hərəkət etdirmək idi. Hərəkət etdirə bilmək üçün son çarəm bu idi.

Bunu həmişə edir və onu qaldırmağıma imkan vermir. Eləcə yerdə yatır. O hadisədən öncə də mənə hücum etdi, ayaqlarıma təpik vurdu. Amma bunların məni incitdiyini bilmir.

Mən pis ana deyiləm, məni pis kimi qələmə verdilər. Məni ittiham etmədən öncə gərək soruşaydılar. Amma həmin vaxt sadəcə iki qadın mənə yaxınlaşdı, mən də onlara uşağımın autizm xəstəsi olduğunu dedim. Oradakı hər kəsə bunu deməyi çox istərdim.

Oğluma görə çölə çıxa bilmirəm. İnsanların çox olduğu yerdən xoşu gəlmir. Onu hara aparsam, oradan qaçmaq istəyir. İnsanlar belə xəstəliyi olan bir uşağa sahib olmağın nə qədər çətin olduğunu bilmirlər. Mən onun üçün əlimdən gələnin ən yaxşısını edirəm və məni tanıyan hər kəs yaxşı ana olduğumu bilir”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi