Dünyanı məhv edə biləcək 6 təhlükə - Araşdırma

Dünyanı məhv edə biləcək 6 təhlükə
Oxunma sayı: 1694

Süni zəka və genomun redaktə edilməsi kimi texnologiyalar isə gələcəkdə həyatı daha da yaxşı edəcəklər. Lakin yüksək texnologiyalar heç də həmişə yaxşılıq gətirmirlər.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, “Digital Trends” nəşriyyatı irimiqyaslı texnoloji fəlakətlərin 6 mümkün ssenarisini təqdim edib:

1. Süni zəka idarəetmədən çıxa bilər:

İnsan təkamülü bioloji çərçivələrlə əhatə olunub. Robotlar isə özlərini sonsuza qədər dəyişərək proqram təminatı və xarici quruluşu təkmilləşdirə bilərlər. Əgər süni zəkanın imkanları insanın imkanlarından bir qədər üstün olsa, onda bizi super zəka və texnoloji sinqulyarlığın yaranması gözləyir. Robotların inkişafı daha da irəli getsə, insanların varoluşu təhlükə altında qalacaq. Konkret nəticələri indidən proqnoz etmək çətindir. Robotlar “Terminator” filmindəki kimi insanlara qarşı üsyan qaldıra və ya “The Matrix” filmindəki kimi insanları süni yaradılmış dünyaya hökm edə bilərlər.

2. Planeti boz selik uda bilər:

“Boz selik” termini ilk dəfə 1986-cı ildə nanotexnologiyalar sahəsinin ilk mühəndislərindən olan Erik Drekslerin “Engines of Creation” kitabında əks olunmuşdu. O, öz kitabında belə yazırdı:

“Təsəvvür edin ki, kimyəvi maddələrin olduğu butulkada üzən nanobot öz kopyalarını yaradır. İlk nanobot öz kopyasını 1/1000 saniyə ərzində yığır. Daha sonra iki nanobot digərini 1/1000 saniyə ərzində yığır. 4 nanobot daha 4 nanobotu, 8 nanobot isə daha 8-ni yaradır. Artıq 10 saatdan sonra onların sayı 36 deyil, 68 milyarddan çox olacaq. 1 gündən az bir vaxtda onların ümumi çəkisi 1 ton olacaq. 2 gündən az bir müddətdə onların kütlələri Yer kürəsinin kütləsindən çox olacaq. Daha 4 saatdan sonra onların ümumi kütlələri Günəşdən və sistemimizdə olan bütün planetlərin ümumi kütlələrindən böyük olacaq”.

Günümüzdə bu cür texnologiyalar hələ ki yoxdur. Lakin gələcəkdə də onların olmayacaqlarını heç kim dəqiq deyə bilməz.

3. Yer kürəsi resurslarının tükənməsi:

Planetin əhali çoxluğu və faydalı qazıntıların mübahisəli tapıntı üsulları ekoloji fəlakətə səbəb ola bilər. Əgər insanlar təbiət resurslarından istifadəyə öz baxış tərzini dəyişməsə, onda həyat havanın çirklənməsindən və ekoloji təmiz qida məhsullarının yetməməsindən məhv ola bilər. Biz sadəcə olaraq tamamilə ekoloji təmiz və bərpa oluna bilinən enerji növünə keçidi və Marsa köçməyə vaxt çatdıra bilməyəcəyik.

4. Qlobal kiberhücumlar:

Kibercinayətkarlar birləşərək irimiqyaslı hücumlara start versələr, vəziyyət daha təhlükəli hal ala bilər. Birgə səylər vasitəsilə onlar şəhərlərin su təchizatı sistemlərindəki sistem kompüterlərini elə ayarlaya bilərlər ki, içməli su ehtiyyatına zərərli kimyəvi maddələr əlavə olunsun. Onlar həmçinin bütün əlaqə şəbəkələrini ələ keçirə, ümumilikdə elektrik şəbəkəsini söndürə, dövlət orqanlarının gizli məlumatlarını internetə yerləşdirə və ya bir çox şirkətlərdən milyonlarla vəsait oğurlaya bilərlər. Bütün bu hadisələr xaos, irimiqyaslı ölüm hadisələrinə və s. kimi dəhşətli nəticələrə səbəb ola bilər.

5. Uğursuz elmi təcrübələr:

İsveçrədəki olan BAK (Böyük Adron Kollayder) fiziklərin, materiya və qara enerjinin təbiətini öyrənmək və digər elmi təcrübələr aparmaq üçün inşa edilib. Lakin yazıçılar çox zaman uğursuz alınmış elmi təcrübələr nəticəsində insanlığın məhv olması barədə yazıblar. Buna misal olaraq BAK sayəsində bilmədən və ya bilərəkdən Yer kürəsində qara dəliyin yaradılmasını gətirmək olar. Hələ ki, kollayderlər insanlıq üçün dəhşətli bir fəlakət gətirməyiblər. Lakin adı çəkilmiş təhlükəli hadisələrin olma şansı hələ də var.

6. Yüksək texnologiyalı nüvə müharibəsi:

Bu hələlik irimiqyaslı yüksək texnoloji fəlakətin real görünən mümkün ssenarilərindən biridir. Bizim planeti bir neçə dəfə məhv etmək üçün insanlar artıq yetəri qədər nüvə silahlarına sahibdirlər. Təkcə Rusiya və ABŞ ümumilikdə 15 minə yaxın nüvə silahına sahibdir. Avtonom silahlanma sistemlərinin yaradılması ilə nüvə silahlarının istifadəsi daha təhlükəli hal almağa başlayır. Elon Musk və digər İT sektor nümayəndələri hərbi robotların qadağan olunması üçün BMT-yə açıq məktub göndəriblər. Mütəxəssislər qorxurlar ki, döyüş robotları, hərbi konfliktləri daha irimiqyaslı edəcək və nüvə müharibəsinə start verəcəklər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi