Dünyanın 3-cü böyük məscidi Əlcəzairdə tikiləcək

dunyanin-3-cu-boyuk-mescidi-elcezairde-tikilecek
Oxunma sayı: 638

“Azerimuslims.com” “əl-Ərəbiyyə” telekanalına istinadən bildirir ki, Əlcəzair hökuməti uzun illərdir ki, inşası gözlənilən “Əlcəzair məscidi”nin inşası üçün Çin şirkətlərindən biri ilə bir milyard avro məbləğində razılığa gəlib.

Telekanalın xəbərində sözügedən şirkətin Çin hökumətinin dəstəklədiyi bir çox layihələrdə iştirak etdiyi bildirilib. Əlcəzair mətbuatı əhalinin böyük əksəriyyətinin yoxsulluq həddində yaşadığı bir vaxtda ölkəyə qoyulacaq sərmayələrdə xalqın başlıca problemlərini həll etməsinin zəruriliyini düşündüyünü yazıb.

Xəbərlərdə 20 hektarlıq ərazidə inşa ediləcək dünyanın ən böyük üçüncü məscidinin ümumi istifadə ərazisi 400 min kvadratmetr təşkil edəcək. Məsciddə 120 min nəfər eyni vaxtda namaz qıla biləcək.