Dünyanın 33 ölkəsində təhsil ala bilmək şansı- - Siyahı

dunyanin-33-olkesinde-tehsil-ala-bilmek-sansi-
Oxunma sayı: 1948


Əvvəlki illərlə müqayisədə, siyahıların daha tez təsdiq olunması əksər xarici ali təhsil müəssisələrinə tələbələrin qəbulu prosesinin təqvim ilinin əvvəlində aparılması və bu səbəbdən Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq niyyətində olan gənclərə ali təhsil müəssisələrinin seçimində yardımçı olmaq məqsədi daşıyır.

Daha bir yenilik ondan ibarətdir ki, müvafiq siyahı qüvvəyə minənədək, yəni 2014-cü il 10 fevral tarixinə qədər xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslər üçün 2013-2014-cü tədris ili üzrə təsdiq edilmiş siyahı etibarlı hesab ediləcəkdir.

Təhsil Nazirliyi 2014-2015-ci tədris ili üçün Dövlət Proqramı çərçivəsində sənəd qəbulu prosesinin başlanması və başa çatması tarixləri haqqında ictimaiyyətə əlavə məlumat verəcəkdir. Təhsil Nazirliyi sənəd qəbulu prosesinin daha səmərəli təşkili məqsədilə öncəki illərin təcrübəsi əsasında hazırlıq işləri həyata keçirməkdədir. Vətəndaşlardan sənəd qəbulu prosesi başlayana qədər sənədlərini Təhsil Nazirliyinə şəxsən və ya poçt vasitəsilə təqdim etməmələri xahiş olunur. Rəsmi şəkildə elan olunmuş sənəd qəbulu prosesindən kənar təqdim olunmuş heç bir sənəd nəzərə alınmayacaq.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya sədrinin 2014-cü il 10 fevral tarixli sərəncamı ilə təsdiq olunmuş siyahılara əsasən, 2014-2015-ci tədris ilində azərbaycanlı gənclər Dövlət Proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq məqsədilə müraciət edə bilərlər.

Həmin ölkələrin siyahısını təqdim edirik:

ABŞ (Yalnız bakalavrdan sonrakı təhsil səviyyələri üzrə təhsil nəzərdə tutulub)

Almaniya

Avstraliya

Avstriya

Belarus

Belçika

Bolqarıstan

Birləşmiş Krallıq

Çexiya

Çin

Estoniya

Finlandiya

Fransa

Hindistan

İspaniya

İsveç

İsveçrə

İtaliya

Kanada

Koreya Respublikası

Latviya

Litva

Macarıstan

Malayziya

Niderland Krallığı

Norveç

Polşa

Rusiya Federasiyası

Sinqapur

Türkiyə

Ukrayna

Yaponiya

Yeni Zelandiya